Serbiyada qadağan olunan səs silahları iddiası

Tarix: 21:15 19.03.2025
Serbiyada vağzalın damının uçması ilə başlayan etirazlar ölkənin ən böyük korrupsiya və hökumət əleyhinə aksiyalarına çevrilib.
Etirazlarda polisin qadağan olunmuş səs silahlarından istifadə etməsi iddiası ölkədə çaşqınlıq yaradıb. Fəallar dünyadan kömək istəyirlər.
Serbiyanın Novi Sad şəhərində qatar stansiyasının damının uçması nəticəsində həyatını itirən 15 nəfərin xatirəsini yad etmək üçün fəallar 15 dəqiqəlik anma mərasimi keçirirdilər. Bu zaman güclü bir səs iştirakçıları iki yerə böldü.
İddialara görə, həmin səs polisin etirazçılara qarşı istifadə etdiyi qadağan olunmuş səs silahından gəlib.
Paytaxt Belqradda 100 min insanın qatıldığı nümayişlərdə təhlükəsizlik qüvvələri dinc etiraz aksiyası təşkil edənlərə qarşı qadağan olunmuş səs silahlarından istifadə edib.
2017-ci ildən vəzifədə olan prezident Aleksandar Vučić bu silahın izdihamı istiqamətləndirmək üçün istifadə edildiyi iddiasını "Serbiyanı məhv etməyə yönəlmiş alçaq yalan" kimi qiymətləndirib. Hətta iddiaları araşdırmaq üçün ABŞ-dən FBI-yə, Rusiyadan isə FSB-yə müraciət edəcəyini bildirərək, "Bunların necə yalan danışdığını görmək tarixin vacibdir",- dedi.
Mənbə: CNN Türk
Çimnaz Telmanqızı