"ABŞ Səda şəhərinə hava zərbəsi endirib"

Tarix: 21:21 19.03.2025
Yəməndə İranın dəstəklədiyi husilər, ABŞ-nin ölkənin şimalındakı Səda şəhərinə hava hücumu təşkil etdiyini açıqlayıb.
Mövzu ilə bağlı məlumat Əl-Məsira televiziyasının xəbərlərində verilib.
Xəbərdə ABŞ-nin hücumunda Səda şəhərinin Məcəz mahalının Tahiyye bölgəsinin hədəf alındığı bildirilib. Televiziya hücumun təfərrüatları ilə bağlı heç bir məlumat verməyib.
Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Səda şəhəri husilərin ən mühüm mərkəzlərindən biri kimi tanınır. Husilər, ABŞ və İngiltərənin paytaxt Səna da daxil olmaqla bəzi şəhərlərə endirdiyi hava hücumlarında 53 nəfərin öldüyünü, 98 nəfərin isə yaralandığını açıqlayıb.
Mənbə: TRT Haber
Çimnaz Telmanqızı