“Dəstəyi dərhal dayandırın”

Bölmə: Dünya › ,
Tarix: 22:05 19.03.2025

ABŞ prezidenti Donald Tramp, İranı Yəməndəki husilərə dəstəyini “dərhal” dayandırmağa çağırıb.

 

İranın husilərə göndərdiyi hərbi texnikanın azaldığını qeyd edən Tramp:

"Ancaq İranın hələ də böyük miqdarda material göndərməyə davam etdiyinə dair məlumatlar var. İran bu materialların göndərilməsini dərhal dayandırmalıdır",-deyib.

Husilərin İranın dəstəyi olmadan təkbaşına döyüşməli olduğunu müdafiə edən Tramp deyib:
"Hər halda müharibədə uduzacaqlar, ancaq bu yolla daha tez itirəcəklər. Tamamilə məhv olacaqlar".

 

Mənbə: CNN Türk
Nərmin Həşimova