Qaranlıq Enerji təcrübəsi Eynşteynin Kainat nəzəriyyəsini təməlindən sarsıdır

Tarix: 21:32 20.03.2025
Alimlər, Kainatın genişlənməsini təmin edən Qaranlıq Enerji adlı sirli qüvvənin zamanla dəyişə biləcəyini aşkar ediblər.
Hələ erkən mərhələdə olan bu tapıntı, qismən Albert Eynşteynin inkişaf etdiyi mövcud nəzəriyyə ilə ziddiyyət təşkil edir.
Bu nəticələri təsdiqləmək üçün daha çox məlumata ehtiyac var. Lakin araşdırmaya qatılan alimlər arasında böyük həyəcan yaranıb.
Bəziləri, astronomiyadakı ən böyük kəşflərdən birinin astanasında olduqlarına inanır.
Bu kəşf, zaman və məkanın təbiəti də daxil olmaqla, Kainat haqqındakı anlayışımızın əsaslarını yenidən düşünməyə məcbur edə bilər.
Mənbə: BBC News Türkçe
Nigar Həsənzadə