Dünya xoşbəxtlik hesabatı

Tarix: 21:40 20.03.2025
Birləşmiş Millətlər Təşkilatının töhfəsi ilə 147 ölkə arasında aparılan qiymətləndirmə nəticəsində müəyyən edilən Dünya Xoşbəxtlik Hesabatında Finlandiya 8-ci dəfə birinci sırada yer aldı. Türkiyə bu il 94-cü sıraya yüksəldi.
BMT-nin Dünya Xoşbəxtlik Günündə yayımlanan 13-cü Dünya Xoşbəxtlik Hesabatı iştirakçılara öz həyatları ilə bağlı qiymətləndirmələrini soruşaraq dünyanın ən xoşbəxt ölkələrini sıralayır.
Finlandiya 10 üzərindən orta hesabla 7,736 xal ilə bu il də birinci sırada qərarlaşarkən, Kosta Rika və Meksika ilk dəfə ilk 10-luq siyahıya daxil olub.
Hesabatda keçən il 98-ci sırada olan Türkiyə bu il 5,262 xal ilə 94-cü sırada yer aldı.
Türkiyə, sıralamanın başladığı 2012-ci ildən bəri 0,08 xal itirib.
Mənbə: BBC News Türkçe
Nigar Həsənzadə