Depressiya qocalmanın təbii bir hissəsi deyil

Tarix: 22:02 20.03.2025
Yaşlı fərdlərin ruh sağlamlığının müxtəlif səbəblərdən təsirləndiyini ifadə edən Dr. Olgun Deniz, belə vəziyyətlərdə peşəkar dəstək almağın vacib olduğunu qeyd edib.
Depressiyanın qocalmanın təbii bir parçası olmadığının vurğulayan Dr. Deniz deyib:
"Yaşlanma prosesi ilə gələn fiziki və sosial dəyişikliklər depressiya riskini artıra bilər. Bu dövrdə yaxınlarını itirmək, xroniki xəstəliklər, təklik, sosial izolyasiya və asılılıq kimi faktorlar ruh sağlamlığına dərindən təsir edə bilər".
Peşəkar dəstək alınmalıdır
Fərdlərin mütəmadi olaraq psixi sağlamlıq müayinəsindən keçməyinin lazımlı olduğunu vurğulayan Dr.Olgun Deniz:
"Vətəndaşlarımız ailə sağlamlıq mərkəzləri və sağlam həyat mərkəzlərindən pulsuz xidmətlər ala bilərlər. 65 yaşdan yuxarı şəxslərin ilkin səhiyyə müəssisələrimizdə ailə həkimlərinə baş çəkmələri və mütəmadi olaraq psixi sağlamlıq müayinələrindən keçmələri və lazım gələrsə daha yüksək mərkəzlərə göndərilməsi vacibdir",-dedi.
Onlara tək olmadıqlarını hiss etdirin
Yaşlı fərdlərin ruh sağlamlığına daha çox diqqət yetirilməli olduğunu vurğulayan Dr.Olgun Deniz deyib:
"Həyat keyfiyyətini yüksəltmək üçün dəstək qrupları yaratmalı və həll yolları inkişaf etdirməliyik. Sevdiklərimizə tək olmadıqlarını hiss etdirmək onların həyatlarına toxunmağın ən mənalı yollarından biridir”.
Mənbə: CNN Türk
Nərmin Həşimova