Tramp 530 min kubalı, haitili və digər miqrantların müdafiəsini ləğv etdi

Tarix: 14:51 22.03.2025
ABŞ prezidenti Donald Tramp administrasiyası Kuba, Haiti, Nikaraqua və Venesueladan olan yarım milyondan çox miqrantın müvəqqəti hüquqi statusunu ləğv edəcəyini bildirib.
Federal hökumətin yaydığı bildirişə görə, bu miqrantlara icazələrinin və deportasiya qalxanının aprelin 24-də ləğv ediləcəyindən əvvəl ölkəni tərk etmələri barədə xəbərdarlıq edilib.
530 min miqrant qanuni miqrasiya yollarını açmaq üçün nəzərdə tutulmuş və CHNV kimi tanınan Bayden dövründəki sponsorluq prosesi çərçivəsində ABŞ-yə gətirilib.
Tramp vəzifəyə gəldikdən sonra bu proqramı dayandırıb. Bu miqrantlardan neçəsinin müvəqqəti olaraq ABŞ-də qanuni şəkildə qalmasına imkan verəcək başqa bir statusu təmin edə bildiyi məlum deyil.
Proqram 2022-ci ildə Demokrat prezident Co Bayden dövründə başladılıb və digər ölkələrə yayılmadan əvvəl ilk olaraq venesuelalıları əhatə edib.
Mənbə: BBC News
Çimnaz Telmanqızı