"Avropa İttifaqı ikili standartlarla CHP-yə Dəstək Verir"-ŞƏRH

Tarix: 22:14 21.04.2025
"Avropa siyasətçiləri Türkiyədə müxalifət liderlərindən biri, Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Ekrem İmamoğlunun həbsinə münasibətdə ikili standartlar nümayiş etdirirlər".
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri ilə keçirdiyi toplantıda bəyan edib.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqı bəzi ölkələrində CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğluya dəstək ifadə edirlər:
"Əsas səbəbdə Rəcəb Tayyib Ərdoğanın mövqelərinin zəifləməsinə nail olmaqdır. Əkrəm İmamoğlu da həbsdədir. Müəyyən reytinqi də var. Onlar Rəcəb Tayyib Ərdoğanla yola davam etmək istəyirlər, yoxsa prezident seçkisində Əkrəm İmamoğluna səs verəcəklər. Buna Türkiyə cəmiyyəti qərar verəcək. İkili standartlara gəldik də Avropa İttifaqı hər zaman bu siyasətdən çıxış edib. Bunu biz Azərbaycanın nümunəsində də müşahidə edirik".
Nuray Əliyeva