İsrail Suriyaya hava hücumu təşkil etdiyini açıqlayıb

Tarix: 14:55 22.03.2025
İsrail Suriyadakı Palmira Hərbi Hava Limanı və T-4 Hərbi Hava Bazasına hava zərbələri endirdiyini açıqlayıb. Hücumların Əsəd rejimindən qalan strateji hərbi imkanları hədəf aldığı iddia edilib.
Əsəd rejiminin süqutundan sonra Suriyaya hücumlarını sürətləndirən İsrail növbəti dəfə bu ölkəni hədəfə alıb. İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada Suriyadakı Palmira Hərbi Hava Limanı və yaxınlıqdakı T-4 Hərbi Hava Bazasına hava zərbələri endirildiyi bildirilib.
Açıqlamada hücumların Əsəd rejimindən qalan strateji hərbi imkanları hədəf aldığı iddia edilərək deyilir: “IDF İsrail vətəndaşlarına qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçməyə davam edəcək".
Hücum anının görüntülərini IDF paylaşıb. Suriya mediası Palmira Hərbi Hava Limanını hədəf alan hücumda 2 hərbi qulluqçunun yaralandığını açıqlayıb.
Mənbə: Haber Global
Aytən Ağazadə