ABŞ-nin keçmiş prokuroru evində ölü tapılıb

Tarix: 14:44 23.03.2025
ABŞ-nin Virciniya ştatının cənub dairəsi üzrə keçmiş prokuroru Cessika Aber evində ölü tapılıb.
TASS-ın məlumatına görə, bu barədə X sosial şəbəkəsinə yerli polis məlumat verib.
"Zabitlər xəbər aldıqları zaman həyat əlamətləri olmayan bir qadın tapdılar. Polis ölən qadının kimliyini təsdiq edib. Bu, Virciniya ştatının cənub vilayətinin keçmiş prokuroru, 43 yaşlı Cessika Aberdir", - deyə bəyanatda bildirilir.
Ölümün səbəbləri barədə hələlik məlumat verilmir.
Mənbə :Caliber
Aytən Ağazadə