Spaletti istefaya göndərilib

Tarix: 20:05 08.06.2025
İtaliya millisinin baş məşqçisi Luçano Spaletti vəzifəsindən uzaqlaşdırılıb.
“İnformator.az” xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Qeyd edilib ki, 66 yaşlı mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində Norveçə məğlubiyyətə (0:3) görə istefaya göndərilib.
Xatırladaq ki, Spaletti 2023-cü ilin yayından İtaliya millisini çalışdırırdı.