ABŞ Ukraynaya vəd etdiyi 20 min raketi Yaxın Şərqə göndərib

Bölmə: Dünya › ,
Tarix: 20:31 08.06.2025

 

Ukrayna ABŞ-nin Yaxın Şərqdəki ordusunun ehtiyaclarına yönləndirdiyi zenit raketlərinə ümid edirdi.

 

 

"İnformator.az" xəbər verir ki, bunu "ABC News"a müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

"Biz bu 20 min raketə ümid edirdik. Bu səhər müdafiə nazirim mənə dedi ki, ABŞ onları Yaxın Şərqə göndərib".

 

Daha əvvəl videomüraciətlərində Zelenski ABŞ-ni Ukraynanın hava hücumundan müdafiə sistemlərinin tədarükü və hətta alınması ilə bağlı sorğularına cavab vermədiyinə görə dəfələrlə qınayıb.