Ağ Ev: “Trampın yaxın günlərdə İlon Maskla danışmaq niyyəti yoxdur”

Tarix: 20:51 08.06.2025
ABŞ Prezidenti Donald Trampın yaxın günlərdə İlon Maskla danışmaq niyyəti yoxdur.
"İnformator.az" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levit “Fox News” telekanalına müsahibəsində bildirib.
“Düşünmürəm ki, prezidentin belə bir planı var”, – deyə Livitt qeyd edib.
Bundan öncə “Politico” qəzeti məlumat yayıb ki, Tramp və Maskın nümayəndələri arasında telefon danışığı baş tutub.