Özgür Özeldən boykot çağırışı

Tarix: 21:45 24.03.2025
CHP lideri Özgür Özel qərəzli davranan və aksiyaları yayımlamayan media qurumları və onlara bağlı qurumlara qarşı boykot başladacaqlarını bildirib.
Özəl həftəsonu çıxışlarında CHP-nin mitinqlərini və xəbərlərini işıqlandırmayan media qurumlarını hədəf alıb.
Bazar günü axşam Saraçhanedə "Bizdən pul qazananları, bizdən reytinq alıb, saraya xidmət edənləri bir-bir elan edəcəyəm”, - dedi.
Özel ilk olaraq martın 22-də İstanbul Böyükşəhər Bələdiyyəsi binasındakı çıxışında boykotdan bəhs edib və əsas medianı İmamoğlunun saxlanma prosesi zamanı sənədlərin məxfiliyinə hörmət etməməkdə və etirazları işıqlandırmamaqda günahlandırıb.
Özel istehlakdan gələn gücdən istifadə edərək bazar ertəsi günü boykota başlayacaqlarını və təkcə media qurumlarını deyil, bütün bağlı şirkətləri boykot edəcəklərini bildirib:
"Sizi izləyənlərin 70%-i bizə səs verir. Başqa şirkətlərinizin məhsullarını istehlak etsəm və ya reklamlarınıza baxmağa icazə versəm, namərd olaram.
Restoranını açacaqsan, yeməyini bizə satacaqsan, marketindən bizə alver etdirəcəksən, xaricdən gətirdiyin maşını seçicilərimə satacaqsan, sonra bu iyrənc şeylər baş verəndə də qarşı tərəfə keçəcəksən.
Mənə deyir ki, yuxarıdan mənə çoxlu telefon zəngləri gəlir. Aşağıdan, milyonlardan, on milyonlardan sizə telefon zəngləri gətirəcəyəm".
"Hər kəs öz tərəfini biləcək. Ya tərəfsiz olun, ya da bundan sonra biz sizin qarşı tərəfinizdəyik. Bunu xəbər kanalı kimi çıxıb "yuxarıdan çağırırlar” deyib biabırçılıq edənlərə deyirəm”.
Özelin qeyd etdiyi boykot siyahısı hələ dəqiqləşməyib.
Lakin bu çıxışlardan sonra sosial mediada çoxlu boykot siyahıları paylaşılıb.
Sosial mediada #Boykot və #BoykotListesi kimi başlıqlar altında on minlərlə yazı paylaşılıb və bu başlıqlar Türkiyə siyahısında üst sıralamalarda yer aldı.
Mənbə: BBC news
Fatimə Şahverdiyeva