ABŞ kəşfiyyatından təəccüblü hesabat!

Tarix: 14:01 26.03.2025
ABŞ kəşfiyyatının hesabatına görə, Çin 2030-cu ilə qədər ABŞ-ni əvəz edərək dünyanın ən təsirli süni intellekt gücünə çevrilməyi hədəfə alıb.
Hesabatda Çinin texnoloji maneələri aşmaq üçün Asiya, Avropa və Şimali Amerikadakı şirkətlərdən “intellektual mülkiyyət oğurladığı” iddia edilib.
Hesabatda deyilib:
"Çin qlobal miqyasda ABŞ-nin maraqlarını ən çox təhdid edə bilən aktyor kimi seçilir, lakin o, həddindən artıq aqressiv davranaraq dünyada iqtisadi və diplomatik imicini riskə atmaqda Rusiya, İran və Şimali Koreyadan daha ehtiyatlıdır".
Digər tərəfdən hesabatda Şimali Koreyanın nüvə sınağı keçirməyə hazırlaşdığı da qeyd olunub.
Mənbə: a haber
Nərmin Həşimova