ABŞ Dövlət Katibi Rubio, Rümeysa Öztürkün vizasının ləğv olunduğunu təsdiqlədi

Bölmə: Dünya › ,
Tarix: 14:10 28.03.2025

ABŞ-nin Massaçusets ştatının Boston şəhərində yerləşən Tufts Universitetində doktorantura təhsili alan Rümeysa Öztürk 25 martda saxlanılıb.

 

Öztürkün saxlanılma anlarına aid videoda doktorantın iftara gedərkən yolda mülki geyimli məmurların əhatəsinə alındığı görünür. Polislər daha sonra Öztürkü əlləri arxadan qandallayaraq bir avtomobilə aparırlar. ABŞ-da müzakirələrə səbəb olan görüntülərlə bağlı Dövlət Katibi Marko Rubio açıqlama verərək Öztürkün vizasının ləğv olunduğunu təsdiqləyib. Cənubi Amerika ölkəsi Qayanaya səfəri zamanı sualları cavablandıran Rubio səbəb olaraq bunları deyib:

 

“Biz sizə təhsil almanız üçün viza verdik; universitetlərimizi dağıdan bir sosial aktivist olmanız üçün deyil. Əgər vizanızı bu məqsədlə istifadə etsəniz, vizanızı geri alarıq. Bütün ölkələri də eyni şeyi etməyə təşviq edirəm”.

 

Rubio 300-dək tələbənin vizasının oxşar şəkildə ləğv edildiyini də açıqlayıb. 2024-cü ilin may ayında Qəzza müharibəsinə verilən dəstəyi protest etmək məqsədilə ABŞ-nin bir çox universitetində kütləvi tələbə etirazları başlayıb. Təhsil vizası ləğv edilən Öztürkün Həmas tərəfdarı hərəkatlarda iştirak etdiyi iddia olunur.

 

Mənbə: BBC News
Fatimə Heydərova