“İsrailin Hücum Etdiyi Suriyadakı “T4” Hava Bazası nümayiş etdirildi”

Tarix: 13:41 06.04.2025
Suriyanın mərkəzində yerləşən və İsrailin hava zərbələri ilə məhv etməyə çalışdığı “T4” Hərbi Hava Bazası Anadolu Agentliyinin əməkdaşları görüntüləyiblər.
Homsun Palmira (Tedmur) bölgəsinin qərbində yerləşən “T4” uzun illər devrilən rejimdən hava bazası kimi istifadə edilib. Ölkənin ən böyük hava bazalarından biri olan “T4” geniş ərazini əhatə edir. Uzun uçuş-enmə zolaqlarına və təyyarələrin yerləşdirilə biləcəyi geniş ərazilərə malikdir.
“T4” Hava Bazası Suriyanın mərkəzində strateji bir yerdə yerləşir. Hums və Dəməşq kimi böyük şəhərlərə quru yolu ilə bağlıdır və logistik əməliyyatlarda üstünlük təmin edir. Soyuq Müharibə illərində Sovet İttifaqının dəstəyi ilə modernləşdirilən aerodrom devrilən rejimin Hərbi Hava Qüvvələrinin ən mühüm əməliyyat bazalarından biri kimi xidmət edirdi.
Bazadan Rusiya və İran orduları da istifadə edib. İsrail rejimin devrilməsindən sonra bazaya hücumlarını artıraraq, vaxtaşırı İran qüvvələrini hədəfə alıb və onu tamamilə sıradan çıxarmaq istəyib.
Mənbə:CNN Türk
Əminə Əliyeva