CHP Partiya Məclisinə kimlər daxil oldu?

Bölmə: Dünya › ,
Tarix: 10:51 07.04.2025

CHP-nin 21-ci Fövqəladə Qurultayında Partiya Məclisi və Yüksək İntizam Komissiyası seçkiləri yekunlaşdı.

 

CHP-nin 21-ci Fövqəladə Qurultayında 60 nəfərlik Partiya Məclisi (PM) və 15 nəfərlik Yüksək İntizam Komissiyasının (YİK) üzvləri müəyyənləşdi. Partiya daxilindəki müxalifət ağır məğlubiyyət aldı. 60 nəfərlik PM-nin yalnız 8 üzvü Elm, Mədəniyyət və İncəsənət Platformasının siyahısından seçildi.
Partiya Məclisi seçkilərində ən çox səs alan şəxs Zonguldak millət vəkili Dəniz Yavuzyılmaz oldu. Özgür Özelin 52 nəfərlik əsas siyahısının bütün üzvləri qurultay nümayəndələrindən təsdiq aldı. Dəniz Yavuzyılmazdan sonra ən çox səsi — 856 səslə İstanbul millət vəkili Suat Özçağdaş və 815 səslə Şanlıurfa millət vəkili Mahmut Tanal qazandı. 15 nəfərlik Yüksək İntizam Komissiyası seçkilərində isə ilk sırada Özgür Sağlam yer aldı.

 

Seçkilərdən əvvəl Özgür Özelin təqdim etdiyi 52 nəfərlik əsas siyahının tamamı nümayəndələrin səsilə təsdiqləndi. Digər siyahılardan isə heç bir namizəd Partiya Məclisinə daxil ola bilmədi.

 

Mənbə:TRT
Ətirə İbayeva