Tramp Asiya və Avropa bazarları düşdükcə tarifləri müdafiə edir: ''Buna görə seçildim''

Bölmə: Siyasət › ,
Tarix: 12:33 07.04.2025

ABŞ prezidenti Donald Tramp və komandası yeni ticarət həftəsi başlayan kimi bazarlarda davam edən mənfi reaksiyaya baxmayaraq, əlavə gömrük rüsumları siyasətini müdafiə etməyə davam edib. Prezident təyyarəsi olan Air Force One-da jurnalistlərə açıqlama verən Tramp deyib ki, Avropa və Asiya ölkələri “bir razılaşma üçün ölürlər”.

 

Tramp bir müxbirin ABŞ istehlakçılarının da vergilərdən təsirləndiyi barədə sualına da reaksiya verib. "Düşünürəm ki, bu axmaq bir sualdır" deyən Tramp, "Mən heç bir şeyin dağılmasını istəmirəm. Amma bəzən bir şeyi düzəltmək üçün dərman qəbul etməlisən" deyib. Trampın iqtisadi administrasiyası əlavə tariflərin ölkə iqtisadiyyatını tənəzzülə sürükləyə biləcəyi ilə bağlı narahatlıqlarla razılaşmır. Xəzinədarlıq katibi Scott Bessent və ticarət naziri Hovard Lutnik ehtiyatların azalmasına baxmayaraq tariflərin davam edəcəyini təkrarlayıblar. Bessent baş verənləri “keçid dövrü” kimi xarakterizə edib. İqtisadiyyat üzrə yüksək səviyyəli rəhbər Kevin Hassett bildirib ki, 50-dən çox ölkə razılaşma əldə etmək üçün Trampla əlaqə saxlayıb. Çin Vaşinqtona tariflərlə cavab verir.

 

Yeni həftə bazarların mənfi reaksiyası ilə başlasa da, bəziləri 9 apreldə qüvvəyə minəcək vergiləri müdafiə etməyə davam edib. Əlavə tariflər vədi ilə seçildiyini iddia edən Tramp, xüsusilə Çini hədəf alıb və Pekinin ticarət kəsirini həll etməsi lazım olduğunu söyləyib. “Biz bu problemi həll etmədikcə mən bir razılaşma əldə etməyəcəm” deyən Tramp, “Çin böyük zərbə vurur, çünki hamı bizim haqlı olduğumuzu bilir” deyib. Donald Tramp ölkə iqtisadiyyatının çox güclü olduğunu əsas gətirərək, “Bazarların nə olacağını sizə deyə bilmərəm” deyib.


BBC NEWS
Səftərova Səmayə