Elon Musk'a etiraz olunur

Bölmə: Dünya › ,
Tarix: 23:16 06.04.2025

Nümayişlərdə Trampın müttəfiqi milyarder iş adamı Elon Muskın siyasətlərinə də etiraz olunur. Trampın razılığı ilə, Muskın Hökumət Verimliliyi Nazirliyi komandasının 2,3 milyon federal işçisinin 200.000-dən çoxunun işinə son verilib.

 

Sonradan ehtiyac duyulacağı anlaşılan mütəxəssislərin vəzifələrinə geri çağırıldığı da olub. Minnesota Ştat Məclisi qarşısındakı etirazda bir plakatda azadlıq abidəsinin üzünün örtüldüyü göstərilir. ABŞ-də gəlir idarəsi sahəsində fəaliyyət göstərən Daxili Gəlir Xidməti, cümə günü 20.000-dən çox işçisini işdən çıxarmağa başlayıb. Bu, ümumi heyətinin 25%-ni təşkil edir. Şənbə günü yüzlərlə insan Baltimore yaxınlığındakı Sosial Təhlükəsizlik Xidmətinin baş ofisinin qarşısında toplanaraq, yaşlılara və əlillərə yardım göstərən qurumdakı kəsintilərə qarşı nümayiş keçirib.
Qurum yaxın zamanda 7.000 işçisini işdən çıxaracağını və milyonlarla insana göstərilən telefon xidmətlərini dayandıracağını açıqlayıb.

 

Mənbə: BBC News
Fatimə Heydərova