ABŞ və İran nüvə sazişi mövzusunda danışıqlara başlayacaq

Tarix: 09:13 09.04.2025
ABŞ Prezidenti Donald Tramp, İranla nüvə proqramı ilə bağlı "yüksək səviyyəli" üzbəüz danışıqların şənbə günü keçiriləcəyini açıqlayıb.
Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə birlikdə sualları cavablandıran Tramp, razılaşmanın əldə olunmamasının İran üçün "çox pis bir gün" olacağını da bildirib.Tramp əlavə edib:
"Əgər razılaşma olarsa, bu çox yaxşı olar”.
İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi isə görüşün üzbəüz olmayacağını qeyd edib. Əraqçi, X platformasında görüşü təsdiqləyərək, Oman Sultanlığında keçiriləcək görüşün "bir fürsət olduğu qədər, bir test" mənasına da gəldiyini bildirib.
Mənbə: BBC NEWS TÜRKÇE
Zəhra Möhübbətova