Mövqelərimiz yenə atəşə tutuldu

Tarix: 08:59 09.04.2025
Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
“İnformator.az” "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimiz vasitəsilə qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.