Tramp Ərdoğanı təbrik etdi

Tarix: 22:34 08.04.2025
ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "Suriyanı aldınız " deyərək təbrik etdiyini bildirdi.
Ağ Evdə İsrail Baş Naziri Binyamin Netanyahu ilə görüşdən sonra keçirilən ortaq mətbuat konfransında danışan Tramp, Ərdoğana " Təbriklər, kimsənin iki min ildir edə bilmədiyini etdiniz. Suriyanı aldınız",- dediyini qeyd edib.
Netanyahu isə Tramp ilə görüşlərində Türkiyə ilə mümkün bir "qarşıdurmanı önləmək" üçün nələr edilə biləcəyinin müzakirə edildiyini, Türkiyə ilə qonşuluq münasibətlərinin son dövrdə " pisləşdiyini", Suriyanın Türkiyə daxil heç kimin İsrailə hücum bazası kimi istifadə olunmasını istəmədiklərini söylədi.
Mənbə : BBC News Türkçe
Camal Şükürov