Müdafiə və aviasiya ixracatında rekord artım

Bölmə: Dünya › ,
Tarix: 21:02 08.04.2025

Mart ayına qədər müdafiə və aviasiya sektorunda yüzdə 147 tarixi bir artım qeydə alındığını ifadə edən Müdafiə Sənayesi Başçısı Haluk Görgün, ixracatın 358 milyon dollardan 884 milyon dollara yüksəldiyini bildirdi.

 

Ardıcıl irəliləyişlərlə ixracın yeni bir ölçü qazandığı müdafiə sənayesindən rekordlar gəlməyə başladı. 2025-ci ilin mart ayında ixracın əvvəlki ilin mart ayına nisbətən yüzdə 147 artaraq yeni rekorda imza atıldığı bildirilib. Mövzu ilə bağlı danışan Haluk Görgün, "Müdafiə və aviasiya ixracatımız 2025-ci ilin mart ayında əvvəlki ilin mart ayına nisbətən tarixi yüzdə 147 artaraq 358 milyon dollardan 884 milyon dollara yüksəldi" deyib.

 

Müdafiə Sənayesi Başçısı Haluk Görgün 3 aylıq müdafiə sənayesi ixracat məlumatları ilə bağlı yazılı açıqlama verib. Görgün, "Müdafiə sənayemiz hər keçən gün böyüyür, inkişaf edir və güclənir. Böyük, ixtisaslı, gənc və dinamik ekosistemimiz, bu sahədə özünü doğrultmuş sistemlərimiz və hər keçən gün artan ixrac potensialımızla Türkiyənin hazırda nəhənglər liqasında önəmli bir aktyor olduğunu dünyaya nümayiş etdirməyə davam edirik. Mart ayında müdafiə və aviasiya ixracatımız mart ayında tarixi rekord yüzdə 152 artıb. Əvvəlki il 358 milyon dollardan 884 milyon dollara yüksələn sektor ixracımız, ilin ilk rübündə əvvəlki ilin eyni dövrünə görə yüzdə 72 artaraq 1,7 milyard dollara çatdı", deyib.

 

Mənbə: a haber
Aysel Mirzəyeva