Xameneinin 80 yaşlı müşaviri xəstəxanaya yerləşdirildi

Bölmə: Dünya › ,
Tarix: 12:17 17.04.2025

İranın ali rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri, 80 yaşlı Əli Əkbər Vilayəti koronavirusa yoluxduğu üçün Tehrandakı "Məsih Daneşvəri" xəstəxanasına yerləşdirilib.


 

“İnformator.az” xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

 

 

"Novruz bayramı və Ramazan ayı ərzində fasiləsiz şəkildə xəstəxanada cari işlərlə və araşdırmalarla məşğul olan Vilayəti koronavirusa yoluxub və dünən gecədən etibarən müalicə alır", - deyə xəstəxananın direktoru, həkim Məhəmməd Vərhəram qeyd edib.

Həkim Xameneinin müşavirinin ümumi vəziyyətinin yaxşı olduğunu bildirib.