Tramp prezident Ərdoğanı tərifləyir: O, çox güclü və ağıllı bir insandır

Bölmə: Dünya › ,
Tarix: 21:42 08.04.2025

 

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Netanyahu ilə görüşündə Türkiyənin Suriyadakı rolunun əhəmiyyətini və Prezident Rəcəb Tayyib Ərdoğanla çox yaxşı münasibətləri olduğunu vurğulayaraq, “O, çox güclü və ağıllı bir insandır”,- deyib.

 

Tramp Ağ Evdə qonaq olduğu İsrailin baş naziri Netanyahu ilə görüşündə Suriya ilə bağlı diqqətçəkən açıqlamalar verib. Prezident Ərdoğanla münasibətlərinin çox yaxşı olduğunu vurğulayan Tramp Türkiyənin Suriyadakı rolunun çox əhəmiyyətli olduğuna da diqqət çəkib.

 

 "Mənim Ərdoğan adlı bir adamla çox yaxşı münasibətlərim var. Bilirəm ki, mətbuat mənim Ərdoğanı bəyəndiyimə görə üzgündür, amma mən sevirəm, o, məni bəyənir və bizim heç vaxt problemimiz olmayıb", - Tramp bildirib. Türkiyənin Suriyada heç kimin edə bilmədiyi şeyi etdiyini ifadə edən Tramp, "Ərdoğan çox güclü və ağıllı bir adamdır. O, (Suriyada) heç kimin edə bilmədiyi bir şey edib. Ona borc verməliyik", - deyib.

 

 

BBC

Asiman Vəliyeva