Trampın Ərdoğanla bağlı açıqlaması-Heç kimin edə bilmədiyini etdi

Bölmə: Dünya › ,
Tarix: 21:46 08.04.2025

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündə Türkiyənin Suriyadakı rolunun əhəmiyyətini və Prezident Rəcəb Tayyib Ərdoğanla çox yaxşı münasibətlərinin olduğunu vurğulayaraq deyib:


“O, çox güclü və ağıllı bir insandır. (Suriyada) Başqa heç kimin edə bilmədiyini etdi. Haqqını vermək lazımdır". Tramp, Ağ Evdə qəbul etdiyi İsrail Baş naziri Netanyahuyla görüşündə Suriya mövzusunda diqqətçəkən açıqlamalar verib. Prezident Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin çox yaxşı olduğunu vurğulayan Tramp, Türkiyənin Suriyadakı rolunun da çox vacib olduğuna diqqət çəkib. ABŞ Prezidenti belə deyib:
“Ərdoğanla çox yaxşı münasibətlərim var. Mətbuatın Ərdoğanı sevməyimə görə mənə qəzəbləndiyini bilirəm, amma mən onu sevirəm, o da məni sevir və aramızda heç bir problem olmayıb". Tramp, Türkiyənin Suriyada heç kimin edə bilmədiyini etdiyini ifadə edərək deyib:
“Ərdoğan çox güclü və ağıllı bir adamdır. (Suriyada) Başqa heç kimin edə bilmədiyini etdi. Haqqını vermək lazımdır".

 

İsrailin Baş naziri Netanyahunun “Suriyada Türkiyə ilə problemləri olduğu” yönündəki sözlərinə də cavab verən Tramp belə deyib:
“(Suriya mövzusunda) Türkiyə ilə yaşadığınız hər problemi həll edə biləcəyimi düşünürəm. (Netanyahunu işarə edərək) Siz məntiqli olduğunuz müddətcə; bu mövzuda həm siz, həm də biz məntiqli olmalıyıq".

 

Tramp belə danışıb:
“Türkiyə və onun lideri ilə çox, hətta çox yaxşı bir münasibətim var və bu problemi həll edə biləcəyimizi düşünürəm. Hazırda bunun bir problem olacağını zənn etmirəm".


Mənbə:CNN

Ətirə İbayeva