Müdafiə və aviasiya ixracatında tarixi rekord-147 % artıb

Bölmə: Dünya › ,
Tarix: 21:49 08.04.2025

Müdafiə Sənayesi Başçısı Haluk Görgün, "Müdafiə və aviasiya ixracatımız 2025-ci ilin mart ayında əvvəlki ilin mart ayına nisbətən tarixi 147 % artaraq 358 milyon dollardan 884 milyon dollara yüksəldi",- dedi.

 

Müdafiə Sənayesi (SSB) sədri Haluk Görgün müdafiə sənayesində son zamanlar ixracın artması ilə bağlı açıqlamalar verib.

 

Müdafiə sənayesinin hər keçən gün daha da gücləndiyini qeyd edən Görgün, "Böyük, ixtisaslı, gənc və dinamik ekosistemimiz, sahədə özünü doğrultmuş sistemlərimiz və hər keçən gün artan ixrac potensialımızla Türkiyənin indi nəhənglər liqasında önəmli bir aktyor olduğunu dünyaya göstərməyə davam edirik. Müdafiə və aviasiya ixracatımız mart ayında 3808 milyon dollardan tarixi artımla 854 milyon dollara yüksəldi",- ifadələrdən istifadə etdi.

 

“Sektor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 72 % artıb”

 

İlin ilk rübündə sektor ixracının keçən ilin eyni dövrünə görə 72 % artaraq 1,7 milyard dollara çatdığını vurğulayan Görgün, bunları qeyd etdi:

 

"İxrac strategiyamızda əsas hədəf olan yüksək əlavə dəyərli məhsulların ixracında daimi artım tendensiyasına nail olduq. Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bütün dünyada həyata keçirdiyimiz fasiləsiz beynəlxalq əməkdaşlıq fəaliyyətlərinin təsiri ilə şirkətlərimiz müəyyən coğrafiyalara deyil, demək olar ki, bütün dünyaya ixrac edə bildi. Alt sistemlərimiz və yerli platformamızla birgə işləmə imkanlarımız, yerli məhsullarımızla inteqrasiya imkanlarımız var. Maraqlı tərəflərimizin ehtiyac və gözləntilərinə uyğun həllər təklif etmək, son istifadəçilərin ehtiyac və tələblərinə uyğun olaraq sahədə təqdim etdiyimiz sürətli geribildirim, texniki xidmət-təmir və inteqrasiya olunmuş logistik dəstəkdə göstərdiyimiz davamlı xidmətlərimiz bu uğurun əsasını təşkil edib".

 

Müdafiə Sənayesi Başçılığı olaraq beynəlxalq fəaliyyətlərini yavaşlamadan davam etdirəcəklərini, təkcə böyük şirkətləri deyil, sektorun görünməyən qəhrəmanları olan KOBİ-leri də qucaqlayaraq, ixrac edən şirkətlərin sayını artırmağı və ixracatı sektorun davamlılıq elementi halına gətirməyi hədəflədiklərini ifadə edən Görgün, "İxracda iştirak edən bütün müdafiə sənayesi şirkətlərimizi və dolayısı ilə töhfə verən bütün işçilərimizi ürəkdən təbrik edirəm. Ölkəmizin inkişafı ümid edirəm ki, müdafiə sənayesi sektoru olaraq əldə etdiyimiz bu uğurlar ölkəmizə mühüm qazanclar gətirəcək”.

 

Mənbə: TRT Haber

Fatimə Şahverdiyeva