ABŞ-ın Çinə tətbiq etdiyi rüsumlar 104 faizə yüksəlib

Bölmə: Siyasət › ,
Tarix: 21:45 09.04.2025

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Çinə tarifləri 104 faizə qədər artırmaq qərarını müdafiə edən bəyanatlarla yekunlaşdırıb. Tramp administrasiyası əlavə 50 faiz verginin Pekinin cavab tədbirləri səbəbindən tətbiq edildiyini deyir. Aprelin 2-də ABŞ prezidenti Donald Tramp Çinə 34 faiz əlavə gömrük rüsumunun tətbiq ediləcəyini elan edərək, bu ölkədən alınan məhsullara ümumi vergini 54 faizə qaldırıb. Tramp ölkələrə xəbərdarlıq edib ki, cavab verməsinlər və ya yeni vergilərlə üzləşsinlər.


Bu təhlükəyə baxmayaraq, Çin hökuməti aprelin 10-dan etibarən ABŞ mallarına əlavə 34 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb . Ağ Evin sözçüsü Karolin Leavitt, Çinin qisas alması səbəbiylə bu qərara gəldiklərini müdafiə edib. Leavittdən bir neçə saat əvvəl Donald Tramp sosial media hesabında Çinin razılığa gəlmək istədiyini yazıb: “Çin həqiqətən razılığa gəlmək istəyir, amma haradan başlayacağını bilmirlər. "Bizə zəng etmələrini gözləyirik. Bu olacaq!" Donald Trump, tariflərin ABŞ-a gündə "2 milyard dollar" gətirdiyini iddia edir. Pekin administrasiyası geri addım olmayacağına dair bəyanatlar verir. Çinin Ticarət Nazirliyi tariflərlə "sona qədər" mübarizə aparacağını bildirib. Nazirlik Trampın Çin mallarına 50 faiz əlavə gömrük rüsumları tətbiq etməklə hədələməsini “səhv ardınca səhv” kimi qiymətləndirib.

 

BBC NEWS
Səftərova Səmayə