"Bu həftə atəşkəslə bağlı Rusiyadan cavab alacağıq” -Tramp

Tarix: 22:56 17.04.2025
"ABŞ bu həftə Ukrayna ilə atəşkəslə bağlı Rusiyanın cavabını alacaq”.
“İnformator.az” "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə birlikdə Ağ Evdə keçirdiyi brifinqdə bildirib:
“Biz bu həftə, bəlkə də daha tez onlardan xəbər alacağıq. Müharibənin və qətllərin tez bir zamanda dayandırılmasını istəyirik. Mən Zelenskinin fanatı deyiləm. Amma o vaxt prezident olsaydım, müharibə də heç başlamayacaqdı”.