Lavrov Araqçı ilə görüşəcək

Tarix: 22:42 17.04.2025
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 17-18-də Moskvada səfərdə olan İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Araqçı ilə danışıqlar aparacaq.
Mövzu ilə bağlı konfliktoloq Elman Vəliyev “İnformator.az”a açıqlamasında görüşün Rusiya üçün əhəmiyyətli olduğunu bildirib:
“Görüş Rusiya üçün önəmlidir. Belə bir siyasi vəziyyətdə Rusiya ətrafını, satış bazarlarını, ticarət müttəfiqlərini artırmalıdır. Müzakirə məsələsi əməkdaşlıq, xüsusilə ticarətdir”.
Ekspert, Azərbaycan-Ermənistan münasibətlərinin də müzakirə olunacağını əlavə edib:
“Azərbaycan-Ermənistan münasibətiləri də, xüsusilə Zəngəzur məsələsi də müzakirə predmeti ola bilər deyə düşünürəm. Amerikanın diqqəti əsasən Orta Şərqə yönəlib. İsrailin genişlənməsi üçün. Bu yolda İranı düşmən gözündə göstərəcək, Rusiya ilə danışıqlar etdirəcək, insanlarda belə bir rəy yaradacaq ki, İran Amerikanın düşmənidir, yoxsa Rusiya ilə niyə əməkdaşlıq edir”.
Lalə Qurbanlı