Qobelen sənəti

Bölmə: Sosial › ,
Tarix: 19:18 10.04.2025

Qobelen sənəti qədim dövrlərdən bəri müxtəlif mədəniyyətlərdə inkişaf edən və texniki bacarıqlar tələb edən bir əl işidir. Toxuma vasitəsilə yaradılan bu sənət nümunələri yalnız bəzək deyil, eyni zamanda bir çox tarixi və mədəni motivləri özündə cəmləşdirən əzəmətli əsərlərdir. Qobelen sənəti həm estetik dəyəri, həm də əl işinin zəhmətini təmsil edərək uzun illər boyunca sənət dünyasında öz mövqeyini qoruyub.

 

Mövzu ilə bağlı rəssam Günəş Heydərova "informator.az"a bildirib ki, qobelen sənətinin tarixi qədimdir:

 

"On ikinci əsrdə ərəblər inkişaf etdirib və tədricən şərq ölkələrinə yayılıb. Qobelen o dövrlərdə türk xalqlarının da çox işlətdiyi zəruri məişət əşyası olmuşdur. Lakin şərqin digər nümunələri kimi bu sənəti də sonrakı dövrlərdə avropalılar mənimsəyərək öz adlarına çıxarmağa çalışıblar. Qobelen Azərbaycanda qədim xalq mədəniyyətinə aid sujetli xalça sənətidir. Xalça, palaz, şəttə və.s ayrı-ayrı texnologiyalarla toxunduğu halda qobelendə bunların hamısı birləşir. Hazırda ölkə incəsənətində qobelen az işlənən və unudulmaqda olan növlərdəndir. Yalnız şəxsi sifarişlər hesabına yaşamaqdadır. Lakin bu sənətin müsbət cəhəti odur ki, qobelen sənətini peşəkar ustalar tədris edir".

 

Fatimə Heydərova