Azərbaycandan Ermənistana çağırış

Tarix: 19:33 10.04.2025
Azərbaycan QHT-ləri Ermənistanı Araz çayı üzərində ekoloji monitorinqin keçirilməsi üçün şərait yaratmağa çağırıblar.
Bu barədə Bakıda keçirilən brifinqdə “Ətraf Mühitin Qorunması Birinci” koalisiyasının həmtəsisçisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Əmin Məmmədov bildirib. Onun sözlərinə görə, Bakı uzun illərdir Araz çayının çirklənməsi məsələsini gündəmə gətirir, lakin bu, yaxın vaxtlara qədər diqqətdən kənarda qalıb. İndi isə İran platforması Payam media-da yayımlanan materiallar sayəsində bu problem ictimailəşib. Bildirilir ki, çirkli su mədə-bağırsaq sistemi və onkoloji xəstəliklərin artmasına səbəb olur", – deyə Məmmədov vurğulayıb. O əlavə edib ki, Ermənistandakı ekoaktivistlər vəziyyəti tənqid etdiklərinə görə hakimiyyətin təzyiqlərinə məruz qalırlar. Biz, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq, beynəlxalq ekspertlərin və Azərbaycan mütəxəssislərinin iştirakı ilə müstəqil monitorinqin aparılmasını zəruri hesab edirik və Ermənistanı monitorinq üçün şərait yaratmağa çağırırıq", – deyə Məmmədov bildirib.
Caliber
Billurə Quliyeva