Türk Polis Təşkilatının 180-ci ildönümü münasibətilə Türkiyədə silsilə tədbirlər təşkil olunub

Bölmə: Dünya › ,
Tarix: 19:45 10.04.2025

Bu çərçivədə Konyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Nəzrin Məlikova xüsusi videoreportaj hazırlayıb.

 

Reportajda Konya Polis İdarəsinin fəaliyyəti geniş işıqlandırılıb. İctimai asayişin qorunmasından yol təhlükəsizliyinə, terrorizmlə və narkotiklərlə mübarizəyə qədər bir çox sahədə böyük sədaqətlə çalışan polis əməkdaşlarının cəmiyyətin əmin-amanlığı üçün göstərdiyi fədakarlıq diqqət mərkəzinə çəkilib. Videoda, xüsusilə Konya Polis İdarəsində çalışan polis əməkdaşlarının qəhrəmanlığı və vətənpərvərliyi vurğulanaraq, onların gecə-gündüz demədən ölkənin və vətəndaşların təhlükəsizliyi üçün göstərdikləri əzmkarlıq təqdir olunub. Türk Polis Təşkilatının 180 illik tarixi boyunca formalaşan bu güclü ənənənin, gələcək nəsillərə də örnək olacağı ifadə edilib.