Rusiya və ABŞ nümayəndə heyətləri İstanbulda görüşəcək

Bölmə: Dünya › ,
Tarix: 21:37 10.04.2025

İstanbul mühüm toplantıya ev sahibliyi edəcək. Rusiya və ABŞ nümayəndə heyətləri bu gün İstanbulda ikinci dəfə görüşəcək. İclasda iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətə başlaması müzakirə olunacaq.

 

Rusiya və ABŞ nümayəndə heyətləri Rusiyanın İstanbuldakı Baş Konsulluğunda görüşəcək.

 

Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri olacaq Aleksandr Darçiyev rəhbərlik edəcək.

 

ABŞ nümayəndə heyətinə dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə köməkçisinin müavini Sonata Coulter rəhbərlik edəcək.

 

Üçüncü görüş

 

Görüş zamanı iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətə başlaması məsələsi müzakirə olunacaq. Nümayəndə heyətləri ilk olaraq fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gəlib.

 

Görüşdə ikitərəfli münasibətlərin normallaşması və Ukrayna müharibəsinin bitməsi müzakirə olunub.

 

Nümayəndə heyətləri fevralın 27-də İstanbulda ikinci dəfə görüşüblər. Görüş 6,5 saat davam edib.

 

Mənbə: TRT Haber

Məhərrəmli Xədicə