Menengit epidemiyasından ölənlərin sayı 156-ya çatıb

Bölmə: Sosial › ,
Tarix: 00:43 11.04.2025

Nigeriyada yanvar ayından bəri davam edən menengit epidemiyasından ölənlərin sayı 156-ya yüksəlib.Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən (NCDC) edilən açıqlamada epidemiyanın ölkənin 23 əyalətində yayıldığı bildirilib.

 

Açıqlamada bu dövrdə ölkədə 1858 menengit hadisəsinin görüldüyü, epidemiya nəticəsində həyatını itirənlərin sayının 156-ya yüksəldiyi vurğulanıb.

 

Nigeriya hökuməti 2030-cu ilə qədər menengitə qalib gəlmək üçün yeni tədbirlər elan edib. 

Hava yolu ilə keçə bilən meningit beyindən başlayaraq bütün bədənə təsir edə bilər.

 

Mənbə: A haber

Səyyarə Mirzəyeva