Tramp dərman idxalına “külli miqdarda” rüsumlar tətbiq etdiyini açıqlayıb

Bölmə: Siyasət › ,
Tarix: 01:18 11.04.2025

Tramp aprelin 2-də açıqlanan ikitərəfli tariflərlə bağlı Respublikaçı Milli Konqresin Komitəsində açıqlama verib.

 

Tramp həmçinin dərman idxalı ilə bağlı "çox yaxında böyük tariflərin açıqlanacağını" ifadə edərək, bunun digər ölkələrdəki əczaçılıq şirkətlərinin müəssisələrini ABŞ-a köçürməsinə səbəb olacağını müdafiə edib.

 

Tramp dərman şirkətləri haqqında "Bunu eşidəndə Çini tərk edəcəklər. Başqa yerləri tərk edəcəklər, çünki satmalı olurlar. Məhsullarının çoxu burada satılır",- deyib.

 

Tramp həmçinin tariflərlə bağlı danışıqlar aparmaq istəyən ölkələrin liderlərini tənqid edib.

 

Bəzi ölkə liderlərinin ona yalvardığını iddia edən Tramp, bu şəxslərin "Xahiş edirəm, cənab, razılaşaq. Mən hər şeyi edərəm, cənab" dediyini bildirib. Tramp söyüş söyərək, bu ölkələrin ona “yaltaqlıq etdiyini” iddia edib.

 

Mənbə: CNN Türk

Səyyarə Mirzəyeva