Azərbaycanlı rəssam ABŞ-də yenidən birinci oldu

Bölmə: Mədəniyyət › ,
Tarix: 16:05 13.04.2025

Azərbaycanlı rəssam Vüqar Quliyev ABŞ-də nümayiş olunan sərgidə növbəti dəfə birinci yerə layiq görülüb.

 

“İnformator.az” xəbər verir ki, "Whispering Fire" rəsm əsəri "The Art League" qalereyasında keçirilən "miniMAX" adlı sərgidə baş mükafatı alıb.

  

Sərgi mayın 5-dək davam edəcək.

Xatırladaq ki, daha əvvəl Vüqar Quliyevin "Absurd Night Walk" rəsm əsəri Amerikanın "Arlington Artist Alliance" qalereyasında keçirilən sərgidə birinci yeri tutub.