Rusiyadan Ukraynaya hücum -60-dan çox əsgər həlak olub

Bölmə: Hadisə › ,
Tarix: 21:34 14.04.2025

Rusiya Müdafiə Nazirliyi dünən Ukraynanın Sumı şəhərinə “İsgəndər” raket hücumunun komanda mərkəzi vasitəsilə həyata keçirildiyini və 60-dan çox Ukrayna əsgərinin həlak olduğunu bildirib.

 


Nazirlik Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətləri ilə bağlı açıqlama verib. Rusiya ordusunun dünən Sumı şəhərinə həyata keçirdiyi hücumla bağlı təfərrüatların yer aldığı açıqlamada deyilib:

“Sumıda Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin xaricdə istehsal olunan elektron döyüş və hava hücumundan müdafiə sistemlərinin müqaviməti şəraitində Seversk Əməliyyat-Taktik Qrup komandanlığının toplaşdığı yerə iki iskəndər hədəfindən çox raket zərbəsi vurub. Ukrayna ordusunun 60 əsgəri həlak olub”.

Bundan əlavə, bəyanatda Rusiya ordusunun Ukraynanın hərbi sənaye müəssisələrinə, hərbi hava limanının infrastrukturuna, silah və sursat anbarlarına zərbələr endirdiyi, 137 bölgədə yerləşən əsgər və muzdluların yerləşdiyi yerlərin də atəşə tutulduğu qeyd edilib. Ukrayna Prezidenti Vladimir Zelenski sosial media hesabında dünən Rusiya ordusunun Sumı şəhərinə həyata keçirdiyi ballistik raket hücumunda 34 nəfərin öldüyünü, 119 nəfərin yaralandığını açıqlayıb.


Mənbə: a haber
Nərmin Həşimova