Bu gün İspaniya - Portuqaliya finalı var

Bölmə: İdman › ,
Tarix: 10:45 08.06.2025

Bu gün Millətlər Liqasının qalibi müəyyənləşəcək.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, həm üçüncü yer uğrunda görüş, həm də final matçı eyni gündə keçiriləcək. Matçlar Almaniyada oynanılacaq.

 

3-cü yer uğrunda oyunda Almaniya Fransa ilə qarşılaşacaq.

 

Həlledici görüşdə isə İspaniya Portuqaliya ilə üz-üzə gələcək.

 

Millətlər Liqası

 

3-cü yer uğrunda görüş

17:00. Almaniya – Fransa

 

Final

23:00. İspaniya – Portuqaliya