Əli Əsədov Rumıniya Senatının sədri ilə iqtisadi əməkdaşlığı müzakirə edib

Tarix: 21:40 14.04.2025
Azərbaycanın Baş naziri Əli Əsədov Rumıniya Senatının sədri vəzifəsini icra edən Mirça Abrudea ilə görüş keçirib.
Caliber.Az-ın Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin dinamik şəkildə inkişaf etdiyi vurğulanıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin bu prosesdə xüsusi rol oynadığı qeyd olunub.
Tərəflər ticarət-iqtisadi, investisiya, neft-qaz, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Mənbə :Caliber
Aytən Ağazadə