İsrailli məhbusların ailələri Netanyahunu "Həmas ilə hərtərəfli razılaşmaya" çağırıb

Bölmə: Dünya › ,
Tarix: 22:31 14.04.2025

İsrailli məhbusların ailələri baş nazir Benyamin Netanyahunu Qəzzada saxlanılan 10 məhbusu azad etməyi hədəflədiklərini bildirərək, bütün İsrailli məhbusları azad edəcək HƏMAS ilə razılığa gəlməyə çağırıblar.

 

Ailələrin çətir platformasının yazılı bəyanatında deyilir: "Aydın, mümkün və uyğun bir həll tələb edirik: Müharibəyə son qoyun və bütün diri və ölü məhbusları dərhal geri qaytarın". 

 

Bu açıqlamalarla Netanyahudan hərtərəfli razılığa gəlməsi istənilib.

 

Ailələr bəyanat verərək, Qəzzada saxlanılan hər hansı israilli əsirlərin azad edilməsini alqışlayacaqlarını, lakin bütün əsirlərin dərhal geri qaytarılmasını nəzərdə tutan hərtərəfli razılaşmaya çağırışlarını davam etdiriblər.

 

İsrailin Kanal 12 televiziyası baş nazir Netanyahunun israilli məhbus Eytan Morun ailəsi ilə görüşdüyünü bildirib.

 

Netanyahunun Morun ailəsinə "Qəzzada 10 israilli məhbusu eyni anda azad etmək üçün danışıqların davam etdiyini",- dediyi bildirilir.

 

Misirin atəşkəs təklifi masada

 

İsrail mediası Misirin daha əvvəl vasitəçilərin təqdim etdiyi, 5 İsrailli məhbusun azad edilməsini ehtiva edən təkliflə İsrailin yalnız 40 günlük atəşkəs müqabilində 11 canlı məhbusun azad edilməsini istədiyi təklif arasında olan yeni bir təklif layihəsi təqdim etdiyini bildirdi.

 

Təklifin arasında 70 günlük atəşkəs və 9 israilli məhbusun azad edilməsi və 2-nin cənazəsinin təhvil verilməsi qarşılığında 2500 fələstinli məhbusun azad edilməsinin olduğu iddia edilib.

 

Daha sonra Misirin təklifi arasında Qəzzada 40-70 gün davam edən atəşkəs müqabilində 8 israilli məhbusun azad edilməsi və fələstinli məhbusların azad edilməsi olduğu iddia edilib.

 

HƏMAS rəsmilərinin atəşkəs danışıqları üçün Misirin paytaxtı Qahirəyə getdiyi açıqlanıb.

 

Təklifin məzmunu ilə bağlı rəsmi açıqlama verilməyib.

 

Mənbə: TRT Haber

Məhərrəmli Xədicə