"İran və ABŞ arasında soyuq münasibətlər davam edir"-ŞƏRH

Tarix: 22:29 16.04.2025
“İranın nüvə silahı ola bilməz”
Bunu ABŞ Prezidenti Donald Tramp deyib. Bunun ardınca Tramp rəsmi Tehrana bu fikrindən daşınmadığı təqdirdə qarşılaşacağı münasibətlə bağlı xəbərdarlıq da edib:
“İran nüvə silahı arzusundan əl çəkməlidir, əks halda çox sərt cavabla üzləşəcək”.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı "İnformator.az"a açıqlamasında bildirib ki, İran və Amerika Birləşmiş Ştatlarının arasındakı soyuq münasibətlər inkişaf edən xətlə davam edəcək:
"İki ölkənin asan şəkildə bir-biriilə konkret razılaşmalar əldə etməsi, bu an və yaxın gələcək üçün mümkünsüz görünür. Amerika İsrailin əli ilə yaxın şərqdə özünün planladığı bir status-kvo formalaşdırmağa çalışır. İranın özünün milli maraqları var. Status-kvonu onun hegemoniyasında formalaşdırmağa çalışır. Bu nöqtədə də artıq Amerika və İran arasında dərin uçurumlar meydana çıxdı.
Yaxın Şərqdə yaranan boşluqlar oldu. Məsələn, Barak Obama, Joe Biden dönəmində Amerika Birləşmiş Ştatları yaxın şərqdə təsir güclərini əhəmiyyətli dərəcədə itirməyə başladılar. İndi Tramp bunu aradan qaldırmağa çalışır. Yenidən Yaxın Şərqdə Amerikanı birinci ölkə halına gətirməyə çalışır. Səddam Hüseyn dövründə Amerika Birləşmiş Ştatları Britaniya və digər bir neçə ölkə ilə qarşılıqlı şəkildə bir müttəfiq əlaqələri fonunda İraqa müdaxilə etdilər.
Səddam rejimini devirib özlərinin bəhrələndəyi xaos yaratdılar. İndi Amerika yenədə eyni maraqlarından çıxış eləyir. Bölgədə də xaosun davam etməsindən yana addımlar atır. Xaos olduqca, parçalanmalar da olacaq. Parçalanmalar olduqca , İsrailin həm yeni ərazilər götürmək, həm də bölgədə təsirini artırmaq imkanları artacaq. İran siyasəti də aşağı-yuxarı Amerika siyasəti ilə eyni şəkildə cərəyan edir. İranda ölkələrin daxilində fərqli qruplaşmalar, terror təşkilatları yaratmaqla bir xaos mühitinin davam etməsindən faydalanır. İran özü də bölgədə təsirini qoruyub saxlaması üçün nə İraqda , nə Suriyada , nə də digər hər-hansı bir Yaxın şərq ölkəsində xaosun bitərək mərkəzi dövlətin güclənməsi onun maraqlarına ziddir. Səddamın rəhbərliyi etdiyi İraqa İran tərəfi heç bir müdaxilə edə bilmirdi. Yaxın Şərqdə İranın heç bir təsiri , xüsusən də İraqla münasibətləri fonunda qalmayıbdır. Bu nöqtədə İran və ABŞ-nin ortaq bir siyasət xətti izlədiyini görməkdəyik. Bu ortaq siyasət xəttindən çıxış edən tərəflər üstünlük yarışına qatılıblar. Tramp İrana xəbərdarlıq edir ki, bir xaos mühiti var. O xaos mühitindən mən də tərəfdaşım , İsrail də faydalanır. Yaxın Şərqdə öz təsirlərimizi qoruya bilirik.
Sən gəl oyunun qaydalarını pozma bizim üstünlüyümüzlə razılaş və yalnız bu halda , bəzi qruplar üzərində bəzi terror şəbəkələri üzərində öz hakimliyini qoruyub saxla. Xüsusən də İranın nüvə silahı əldə etməsindən ehtiyatlanırlar ki, nüvə silahı əldə edən bir ölkə ilə mübarizə aparmaq əvvəlkindən birə-beş daha çətin olacaq. Tramp elə ciddi bir planlama olmadan , İrana necə gəldi zərbələr endirsə, bu , elə ən başda Amerika Birləşmiş Ştatları İsrail müttəfiqliyinin zərərinə olacaq. Çünki onlar İranı vursalar, İran da onları vuracaq. Bu da o bölgədə onların kimin qalib gəlməsindən asılı olmayaraq təsirlərinin azalmasını gətirib çıxara bilir".
Politoloqun sözlərinə görə, İran diktatura ilə totalitar bir şəkildə idarə edilən ölkədir:
"Burada siyasətdən ümumiyətlə danışa bilmərik. Hansı siyasətdən danışa bilərik ki, o ölkənin müxalifəti , sivil qurumları , hakimiyyətə qarşı gələ biləcəyin onun addımlarını tənqid edəcəyin və ya boykot eliyəcək ciddi müəssisələr yoxdur. Ona görə də İranın da daxili siyasətində bu kimi açıqlamaları heç bir fərq yaratmayacaq. Ali dini liderin əlində gücü olan siyasi dairələr də o əmrə tabe olacaqlar. İranın xarici siyasətində bu ciddi dəyişikliklərə səbəb ola bilər. Omanda keçirilən görüşdən sonra verilən açıqlamalarda da İran tərəfi artıq nüvə silahı məsələsində kompromisə getməyə hazır olduğunu bildirir. Bu da İranın dünya siyasətində önəmli ölkə olması üçün birinci və əsas şərt idi. İran əgər nüvə silahı istehsal edərsə , onda artıq dünya siyasətində Amerika, Rusiya, Çin, Hindistan, Qərb Dövlətləri, Türkiyə qədər güclü bir tərəfə çevrilər.
Onlar böyük söz sahibi ola bilər. Nüvə silahı əldə elə bilərdisə və İran bu məsələdə artıq kompromisə gedirsə , artıq xarici siyasətində ciddi bir dəyişikliyə hazırdır. Ən azından Amerikanın və İsrailin zərbələri fonunda belə bir kompromisin olması ehtimalı reallığın daha doğrusu üstünlüyün hələ də İsrail və Amerikanın tərəfində olduğunu göstərir. Bu aldatma da ola bilər. Bu diplomatik manevrə də hesablanan ola bilər ki, bu da odla oynamaqdır. Ciddi bir qarşıdurmaya aparan yol deməkdir. Burada münasibətləri tənzimləməyən bir yolu var. Tərəflərdən biri bütün maraqlarından imtina edib , qarşı tərəfin diktələrini qəbul edəcək və ya tərəflər oturacaqlar qarşılıqlı şəkildə anlaşılmaz məsələləri kompromis yolu ilə bir məsələdən İran imtina edəcək. Digərindən Amerika Birləşmiş Ştatları və İsrail imtina edəcək. Bu da mümkün görünmür. Bu ölkələr yenə də biri digərini təhdid edəcək, vurmaqla hədələyəcək. Yekun zərbələr gözlənilirmi, açıqcası bunun üçün hələ ideal zəmin formalaşmır. O ideal zəmini formalaşana qədər sərt dillə açıqlamalar bu gün vuracağıq sabah vuracağıq kimi hədə-qorxular ortada da bitib-tükənmək bilməyən xaos mühitinin davam etdiyi Yaxın Şərq və məqsədlərinə yekun olaraq çatmayan tərəflər görəcəyik”.
Nuray Əliyeva