“Sülh sazişi ilə Minsk Qrupunun ləğvinə dair sənəd eyni vaxtda imzalansın”

Tarix: 12:30 15.04.2025
"Ermənistan Azərbaycanla sülh müqaviləsini və ATƏT-in Minsk Qrupunun buraxılmasına dair bəyanatı eyni vaxtda imzalamağa hazırdır”.
“İnformator.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı danışıb.
“Biz sülh müqaviləsini imzalamağı və eyni vaxtda ATƏT-in Minsk Qrupunu buraxmağı, yəni, hər iki sənədi eyni gündə imzalamağı təklif edirik”, - deyə Paşinyan qeyd edib.