"Kanada özünün siyasi üstünlüklərini nümayiş etdirməyi düşünmür"

Bölmə: Siyasət › ,
Tarix: 20:27 15.04.2025

Kanada Avropanın yenidən silahlanmasında iştirak etmək niyyətindədir.


Mövzu ilə bağlı “İnformator.az” a politoloq Tural İsmayılov bildirir ki, hazırda Kanada özünü Avropa İttifaqının (Aİ) üzvü kimi aparmağa çalışır:

 

“Özəlliklə ABŞ-də respublikaçıların timsalınsa D.Trampın yenidən qələbə qazanması və mövqelərini gücləndirməsi fonunda ABŞ-nin açıq bir formada Kanadaya ərazi iddiaları irəli sürməsi, Kanadanın keçmiş baş naziri Castin Trüdo haqqında işlədilən ifadələr, ABŞ-nin Kanadaya yönəlik aqresiv siyasəti Kanadanı yeni təhlükəsizlik çətirləri axtarmağa sövq edir. Kanada həm də Ermənistandakı Aİ-nin mülki-müdafiə missiyası adı altındakı kəşfiyyat poliqonundada təmsil olunur. Və bu gün Kanada Avropa İttifaqı ilə əməkdaşlığını dərinləşdirərək Trampdan gələ biləcək təhdidlərə qarşı özünü Avropa ailəsinin yanında göstərməyə çalışır. Bu baxımdan da Kanada Avropanın silahlanmasında iştirak etmək təşəbbüsü irəli sürüb. Lakin buradakı məqamların özüdə şübhəlidir. Hazırda Kanada Avropada silahlanma sahəsində daha çox yəqinki Britaniya və Qərbi Avropa ölkələri ilə əməkdaşlıq edəcəkdir. Dediyim kimi Kanadanın özü ABŞ-dən silah-sursat alır. Və hər bir halda bu Kanadanın ABŞ-ə Avropanın təsiri və vasitəsi ilə demos cəhtidir. Amma, məncə, bu gün Kanada Avropadakı silahlanmada iştirak etməsə Kanadanın liderliyinin göstərici deyil. Kanada indi özünün hansısa siyasi üstünlüklərini və keyfiyyətlərini nümayiş etdirməyi düşünmür. Onun əsas hədəflərindən biri ABŞ təhdidlərinə qarşı müdafiə imkanlarını və parametrlərini gücləndirməkdir. Bu baxımdan da Kanadanın bu sahədə silahlanma yarışında iştirak etməsi Kanadanın müdafiəsinin və eyni zamanda təhlükəsizliyinin gücləndirilməsinə hesablanıb”.

Aysel Mirzəyeva