Gürcüstan və Ermənistan parlament spikerləri regional əməkdaşlığı müzakirə edib

Bölmə: Siyasət › ,
Tarix: 20:49 15.04.2025

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla telefonla danışıb.

 

Mövzu ilə əlaqədar politoloq Tural İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, Gürcüstan hələ 44 günlük vətən müharibəsi başa çatan dövrdə Azərbaycan-Ermənistan arasındakı danışıqlarda uğurlu vasitəçi rolunda çıxış edərək, təklifini irəli sürüb:

 

“Cənab İlham Əliyev Gürcüstana iki ölkə arasındakı danışıqlarda bir platforma ola biləcəyini vurğulayıb. Faktiki olaraq Cənubi Qafqazın 3-cü ölkəsi olan Gürcüstan Azərbaycan-Ermənistan arasındakı istənilən danışıqlarda həm vasitəçi, həm də önəmli bir məkan kimi çıxış edə bilər. Lakin Ermənistanın havadarları təssüflər olsun ki, Azərbaycan və Gürcüstanın etdiyi bu çağırışlara adekvat reaksiya verməyi bacarmadı. Hazırdada Cn.Qafqazla bağlı özəlliklə Azərbaycan-Ermənistan əlaqələrinin inkişaf etdirilməsində Gürcüstan tərəfi 3-cü bir tərəf kimi ev sahibliyi missiyasını üstlənə bilər”.

 

Ekspertin sözlərinə görə, kontekstdə özəlliklədə, Antalya diplomatiya forumunda üç ölkənin xarici işlər nazirlərinin görüşünün gerçəkləşməsindən bəhs olunub:

 

“Gürcüstan və Ermənistan parlamenti spikerlərinin ünsiyyəti davam etdirməsi həm Gürcüstan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı müəyyən müzakirələrin aparılması ilə xarakterizə olunub. Həm də Azərbaycan və Ermənistan arasındakı bundan sonra sülh müqaviləsinə gedən yolda əngəllərin aradan qaldırılması və digər regional məsələlərində iki ölkə parlament spikerinin danışığında müzakirə edildiyini düşünürəm”,- deyə politoloq sözlərini sonlandırıb.

 

Asiman Vəliyeva