İsrail Darac-Tüffada HƏMAS-ın komanda-nəzarət mərkəzinə hücum edib

Tarix: 20:56 15.04.2025
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzzadakı Darc-Tüffa rayonunda HƏMAS-ın komanda-nəzarət mərkəzinə zərbə endirib.
Mövzu ilə əlaqədar politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin Həmasa yeni hücumu regionda vəziyyəti gərginləşdirən amildir:
“İsrail artıq 7 oktyabr Həmasın hücumundan sonra əks hücum mövqeyindədir və Həmasa ardıcıl qəza zolağında zərbələr yendirir. Onun zəiflədilməsi ilə bağlı məsələsi İsrailin strateji planına daxildir. Bu baxımdan bu cür hücumların davamını gözləmək olar və tərəflər iki aylıq atəşkəs müddətində də, müəyyən şərtlərə əməl etsələrdə, bu atəşkəs rejiminin pozulacağı, silahların işə düşəcəyi əvvəlcədən də, ehtimal olunur. Vəziyyət gərginləşsədə, mən bu vəziyyətin çoxda çətin olacağını düşünmürəm. Ənənəvi etirazlarda olacaq amma bu etirazlar regionda prosesdə hər hansısa bir dəyişikliyə gətirib çıxarmayacaq”.
Asiman Vəliyeva