Dırnaq yemə xəstəliyi (onikofaqiya) nədir? -Simptomlar və müalicə

Tarix: 21:45 15.04.2025
Dırnaq yemə xəstəliyinin klinik adı onikofaqiya olaraq təyin olunur. Xüsusilə uşaqlarda və böyüklərdə görülən bu xəstəlik stresslə əlaqəlidir və əsəb vərdişi kimi tanınır. Dırnağı gəmirməklə başlayır. Dırnaq yemə xəstəliyi adətən uşaqlıqda başlayır və yeniyetməlik dövründə sürətlənə bilir. Buna stress, narahatlıq, sıxıntı və psixi sağlamlıq pozğunluğu səbəb ola bilər.
Dırnaq yemək xəstəliyi genetik bir əlaqə səbəbindən baş verə bilər. Əgər ailə üzvlərində orta səviyyədən yuxarı narahatlıq və əhval pozğunluqları varsa, onlar dırnaq yemək xəstəliyinə meyilli ola bilərlər. Dırnaq yeməyin stress, gərginlik və sıxıntını azaltdığı bilindiyi üçün narahatlıqla əlaqələndirilir. Dırnaq yemək uşaqlıqda olan barmaq sorma vərdişindən də asılı ola bilər. Yetkinlik çağında qəfil başlayan dırnaq yemək vərdişi də dərmanların yan təsiri olaraq görülə bilər. Dırnaq yemək kimi davranışları olan insanların mükəmməlliyə meyilli olduqları da bilinir.
Dırnaq yemə xəstəliyi və ya onikofaqiya psixi sağlamlıq baxımından emosional gərginliyə və sosial utanca səbəb ola bilər. Bu, trichotillomania (saç yolma pozğunluğu) və kompulsiv dəri yolma kimi digər vərdiş pozğunluqları ilə əlaqələndirilir. Dırnaq yemə xəstəliyi aşağıdakı psixiatrik xəstəliklərlə də əlaqələndirilə bilər:
-Obsesif-kompulsif pozğunluq (OKB)
-Diqqət çatışmazlığı hiperaktiv pozğunluq (DEHB)
-Müxalif müqavimət pozğunluğu (ODD)
-Ayrılıq narahatlığı pozğunluğu
-Tourette sindromu
Bundan əlavə, dırnaq yemə xəstəliyi fiziki sağlamlıq problemlərinə səbəb ola bilər. Onun səbəb ola biləcəyi xəstəliklər aşağıdakılardır:
-Dişlənmiş dırnaqların udulması nəticəsində yaranan mədə infeksiyaları,
-Dırnaq göbələyi infeksiyaları (onikomikoz) və ətraf dərinin (paronixiya),
-Diş kökünün əriməsi,
-Bağırsaq parazit infeksiyaları
Dırnaq yemə xəstəliyi narahatlıq, stress və fiziki problemlərə səbəb ola bilər. Müalicə vəziyyətin şiddətindən asılı olaraq dəyişir. Yüngül dırnaq yemə xəstəliyi müalicə tələb etmir, çünki uşaqlar adətən böyüdükcə bu vərdişdən əl çəkirlər. Dırnaq yemənin qarşısını almaq üçün tövsiyələr aşağıdakı kimi sıralana bilər:
-Dırnaq yeməyə səbəb ola biləcək həddən artıq stimullaşdırmadan çəkinin
-Ağız və əlləri məşğul edin(saqqız çeynəmək kimi)
-Məşq və ya meditasiya vasitəsilə stress və narahatlığı idarə edin
-Dırnaqlarınızı dişləmək istəyini azaltmaq üçün qısa, səliqəli kəsilmiş manikür əldə edin
-Dırnaq yəməyin qarşısını almaq üçün dırnaqlarda acı dad verən birləşmələrdən istifadə edin
-Bəzi hallarda, əsas psixi sağlamlıq problemlərini və ya psixiatrik pozğunluqları həll etmək üçün terapiyaya müraciət edin
Mənbə: Memorial Sağlık Grubu
Lalə Qurbanlı