Fobiya və Qorxu Arasındakı Fərqlər

Bölmə: Maraqlı › ,
Tarix: 22:18 15.04.2025

 

İnsanların gündəlik həyatında müxtəlif qorxu hissləri normal olsa da, bəzən bu hisslər ifrat hal alaraq fobiyaya çevrilə bilər. 

 

Mövzu ilə bağlı psixoloq Leyla Məmmədova "İnformator.az"a açıqlamasında bildirib ki,qorxu insanın normal reaksiyasıdır və bu zaman heç bir problem yoxdur.Lakin fobiya , adətən , məntiqsiz qorxudur.Çox vaxt,hətta,real olmayan şeylərə göstərilən reaksiyalardır.

Fobiya zamanı bu reaksiyalar böyük olur, təkrarlanan olur və insanı ciddi fəsatlara gətirib çıxarır:

 

"Qorxu insanın görünən və ya görünməyən təhlükələr qarşısında göstərdiyi təbii reaksiyadır.Lakin fobiya daha nevroloji,daha patoloji bir vəziyyətdir.Fobiya əsasında yaşadığımız qorxu ,həqiqətən də,bizim həyat keyfiyyətimizi aşağı salır və bizim bir çox həyat sferalarımızı əhatə edir.Gündəlik həyat gedişatını ləngitmiş olur.Əgər qorxu mütəmadi olaraq insanın həyatında varsa, uzunmüddətdir ki,həmin qorxu onun həyatının mərkəzindədirsə və o öz həyatını qorxuya əsasən qurursa o zaman o qorxu deyil də fobiyadır.Daha nevroloji,daha patoloji,yəni qorxunun daha dərinləşmiş bir növüdür.Əlbəttə ki, bu zaman mütəxəssis dəstəyi alması daha doğrudur.

 

Fobiyası olan bir insan ona görə "mütləq psixoloji yardım almalıdır" -deyə bir şey yoxdur.Çünki terapiya və psixoloji dəstək sadəcə insanın istəyi ilə baş verən bir prosesdir.Yəni,bir insan psixoloji yardım almaq istəmirsə və məcburi şəkildə bunu edirsə,əfsus ki,effektiv bir nəticə almaya bilər.Terapiyanın əsas şərtlərindən biri odur ki,özünə kömək etməyi insan özü istəsin.Bu şərtə əməl olunmasa, biz onu gözdən keçirə bilmərik və nəticə də yaxşı olmaya bilir. Fobiya insanı bir çox şeydən məhdudlaşdırır,gündəlik həyatını çətinləşdirir.Fobiya həyatın nə qədər mərkəzində olarsa,insan bir o qədər rahat hərəkət edə bilmir.Fobiya insanın həyatında çox yer tutur və bununla yaşamaq bir insan üçün çox çətindir.Bu zaman terapiya dəstəyi almaq daha düzgündür.Əlbəttə ki,hər bir insanın qorxunun,fobiyanın üstəsindən gəlməsi üçün özünəməxsus üsulları ola bilir.Amma insan bunların heç birinin nəticəsini görmürsə,təkbaşına öhdəsindən gələ bilmirsə,o zaman uzatmadan mütəxəssis dəstəyi almaya yönəlməlidir.Əgər fobiya çox şiddətlidirsə, artıq ciddi hal alıbsa,əlbəttə ki, o zaman insan onu özü idarə edə bilməz.Mütləq ona peşəkar dəstək lazımdır.Əgər fobiyanın başlanğıc səviyyəsidirsə , yəni çox ciddi hal almayıbsa,müxtəlif texnikalarla o həmin fobiyanı idarə etməyi bacarmaq olar.Bu insanın daxili resursları ilə də bağlıdır.Çünki insanın nə qədər resursu varsa,bir o qədər də onun gücü-qüvvəti vardır.Yəni,o bu qorxularla,fobiyalar ilə mübarizə etməyi bacaracaqdır.Nə qədər ki, resurs səviyyəsi azdırsa,həmin insan bir o qədər depressif , həvəssiz , motivasiyasız olacaq".

 

Ekspert qorxunun fobiyaya çevrilməməsi üçün mümkün olan tədbirlərdən də söz açıb:

 

"Öncəliklə,insanlar vaxtında öz qorxusunu müəyyən etməlidir.Bəzən insanlar həmin qorxunu görməzlikdən gəlirlər və dəyərsizləşdirirlər.Bunu etmək olmaz. Çünki, həqiqətən də,bir qorxu varsa və özünü nə qədər aldatmağa çalışsan,balacalaşdırsan nəticə daha da artacaq.Bu zaman da reallığın üzünə baxmaq lazım olacaq.

 

Bəzi vəziyyətlərdə müxtəlif texnikalardan da istifadə etmək olar.Buna ən başlıca nəfəs texnikalarını misal göstərmək olar.O qorxu zamanı təşviş halını aşağıya salır.Və əlavə olaraq,qorxu ilə üz-üzə gəlmək texnikası da effektiv ola bilər.Qorxu ilə hissə-hissə üzləşmək və onun öhdəsindən gəlmək olar.Eyni zamanda,digər insanlardan dəstək almaqla,danışmaqla,duyğularımızı paylaşmaqla,onların təcrübələrindən faydalanmaqla və s. həmin qorxu ilə mübarizə aparmaq mümkündür".

 

Nəzrin Məmmədova