“Qatarların hərəkəti bərpa olundu"

Tarix: 20:31 16.04.2025
Məlumata görə, ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Mövzu ilə bağlı İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev “İnformator.az”a açıqlamasında bildirib ki, güclü külək və leysan səbəbindən səhər saatlarında bəzi sahələrdə yağış sularının yığılması, ağacların kontakt şəbəkəsinin üzərinə aşması və elektrik enerjisinin kəsilməsi kimi hallar qeydə alınıb:
"Hazırda ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Bu səbəbdən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunub.
Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub. Əməkdaşlarımız ərazilərdədir və bütün sahələrə nəzarət olunur. Hər hansı hadisə baş verdikdə operativ reaksiya verilir".
Çimnaz Telmanqızı